BURADA REKLAMINIZ OLA
BİLƏR

"Media və Yayım Şurası ölkəyə qarşı dezinformasiyanın qarşısını almaq üçün intensiv fəaliyyət göstərir"

"Azərbaycan Media və Yayım Şurası ölkəyə qarşı dezinformasiyanın qarşısını almaq üçün intensiv fəaliyyət göstərir".

 

Bunu Azərbaycan Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

 

O bildirib ki, Şura ölkəyə qarşı yönələn dezinformasiyanın qarşısını almaq məqsədilə sutka ərzində fəaliyyət göstərir, zərurət yarandıqda gün ərzində bir neçə dəfə bəyanat və açıqlamalar yayıb:

 

“Demək olar ki, sutka ərzində çalışaraq ölkəmizə qarşı yönələn dezinformasiyanın qarşısını almağa cəhd göstərmişik. Bəzən gecə yarısı, bəzən də gün ərzində bir neçə dəfə dezinformasiyanı ifşa edən bəyanatlar və açıqlamalar vermişik"./APA

Tarix: 16 Oktyabr 2026, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin