Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimi keçirilib.
Pravda.az xəbər verir ki, Agentliyin sədr müavini İlqar Həsənov çıxışında hər il oktyabr ayının 14-ünün Ümumdünya Standartlaşdırma Günü kimi qeyd olunduğunu bildirib.
Sədr müavini deyib ki, bu əlamətdar gün standartlaşdırmanın cəmiyyətin həyatında, iqtisadiyyatın inkişafında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində, eləcə də insanların sağlamlığının və ətraf mühitin qorunmasında oynadığı mühüm rolunu bir daha diqqətə çatdırmaq üçün əhəmiyyətli fürsətdir:
"Standartlaşdırma məhsulların, xidmətlərin və istehsal proseslərinin keyfiyyətini, təhlükəsizliyini və etibarlılığını təmin edən fəaliyyət sahəsidir. O, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında, istehlakçı hüquqlarının qorunmasında, eləcə də beynəlxalq əməkdaşlığın və ticarətin genişləndirilməsində vacib rol oynayır.
Bununla yanaşı, idarəetmə və istehsal proseslərinin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə olunması, və ətraf mühitin qorunması da standartlaşdırmanın mühüm məqsədləri sırasındadır.
Standartların tətbiqi istehsal prosesində səmərəliliyin artırılmasına və məhsulun keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına və xərclərin optimallaşdırılmasına şərait yaradır. Eyni zamanda, beynəlxalq standartlara uyğun istehsal olunan məhsulların ixrac potensialı artırılır ki bu da iqtisadi inkişafa müsbət təsir göstərir. Standartlaşdırma yalnız texniki tələblərin müəyyən edilməsi deyil, həm də keyfiyyətin, təhlükəsizliyin, etibarlılığın və davamlı inkişafın təmin olunması vasitəsidir.
Standartlaşdırmanın iqtisadi əhəmiyyətini beynəlxalq ticarətin göstəriciləri də aydın nümayiş etdirir. Dünya Bankının World Development Report 2025: Standards for Development hesabatında dünya ticarətinin təxminən 90 faizinin qeyri-tarif tədbirlərinin təsir dairəsində olduğu, bu tədbirlərin əhəmiyyətli hissəsinin isə standartlarla əlaqəli olduğu vurğulanır.
Bu, dünya ticarətində tariflərdən başqa texniki və digər tələblərin də geniş tətbiq olunduğunu göstərir. Məhsulun təhlükəsizliyi, tərkibi, etiketlənməsi, sınaq prosedurları və texniki uyğunluğu ilə bağlı tələblər həmin məhsulun xarici bazarlara çıxışında mühüm rol oynaya bilər.
Məsələn, yerli istehsalçı məhsulunu başqa bir ölkəyə ixrac etmək istəyirsə,o həmin ölkənin müvafiq təhlükəsizlik, etiketləmə, tərkib və digər texniki tələblərini də nəzərə almalıdır. Bu tələblərə uyğunluğun təmin edilməsi əlavə sınaqların, sənədləşmənin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının həyata keçirilməsini tələb edə bilər.
Belə şəraitdə beynəlxalq standartların rolu daha da artır. Müxtəlif ölkələrdə texniki tələblərin uyğunlaşdırılması istehsalçılar üçün əlavə xərclərin və təkrar sınaqların azaldılmasına, məhsulların beynəlxalq bazarlara çıxışının asanlaşdırılmasına şərait yarada bilər. Bununla belə, sertifikatlaşdırma və ya yerli tənzimləmə tələbləri də öz qüvvəsini saxlayır.
Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" ilə ölkədə keyfiyyət infrastrukturunun təkmilləşdirilməsində yeni mərhələ başlamışdır. Proqram milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında texniki tənzimləmə sisteminin yaradılması, dövlət standartlarının beynəlxalq standartlarla harmonizasiyanın genişləndirilməsi, institusional və normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirləri ehtiva edir. Dövlət Proqramının icrası ilə ölkəmizdə beynəlxalq tələblərə uyğun keyfiyyət infrastrukturu formalaşdırılmışdır.
Son illər ərzində Agentliyin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilmiş yüzlərlə yeni dövlət standartı və onların ildən-ilə artım dinamikası standartlaşdırmaya artan marağın və tələbatın göstəricisidir. 2021-ci il (36) ilə müqayisədə 2025-ci ildə (345) qəbul edilmiş dövlət standartlarının sayında 9,6 dəfə artım olub.
Təkcə cari ilin 9 ayı ərzində 620 yeni dövlət standartı qəbul olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni standartların sayı 3 dəfəyədək artıb (2025-ci ilin 9 ayında - 221, 2026-cı ilin 9 ayında - 620) Qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü mebel sahəsini əhatə edib.
Növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlıq subyektləri üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin təşviqi də diqqət mərkəzində saxlanılacaqdır. Bu istiqamətdə standartların istehsalatda, xidmət sektorunda və idarəetmə proseslərində tətbiqinin yaratdığı imkanların genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
İnstitutun beynəlxalq səviyyədə artan rolunu da qeyd etmək istərdim. Belə ki ölkəmizin mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 Texniki Komitəsinin fəaliyyətində fəal iştirak edir, standartların hazırlanması və müzakirəsi proseslərinə öz töhfələrini verirlər.
Bununla yanaşı, Azərbaycan Standartlaşdırma İnstitutunun Beynəlxalq Elektrotexniki Komissiya (IEC) ilə əməkdaşlığının genişlənməsi də əhəmiyyətli addımdır. IEC elektrik, elektronika və əlaqəli texnologiyalar sahəsində beynəlxalq standartların hazırlanması ilə məşğul olan əsas təşkilatlardan biridir. Təşkilatın məlumatlarına əsasən, onun beynəlxalq şəbəkəsi təxminən 170 ölkəni əhatə edir və 30 mindən çox ekspertin iştirakını birləşdirir.
Azərbaycanın 2026-cı il yanvarın 1-dən IEC-nin assosiativ üzvü olması milli standartlaşdırma sisteminin beynəlxalq texniki bilik və təcrübə mübadiləsində iştirak imkanlarını genişləndirir. Bu əməkdaşlıq çərçivəsində standartlara çıxış, texniki komitələrin fəaliyyətində iştirak və beynəlxalq təcrübənin öyrənilməsi ölkəmizdə müvafiq sahələrin inkişafına töhfə verə bilər.
Qarşıdakı dövrdə standartlaşdırma sahəsində fəaliyyətin ölkənin iqtisadi prioritetləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, yaşıl enerji, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə, o cümlədən enerji səmərəliliyi sahələrində standartların qəbul edilməsi və təşviqi planlaşdırılır.
Agentlik standartların əlçatanlığının təmin edilməsi və təşviqi ilə onların dövlətə, cəmiyyətə, sahibkarlığa və ölkə iqtisadiyyatına töhfə verməsi üçün tədbirlərin görülməsini davam etdirəcək.
Standartlaşdırmanın təşviqi istiqamətində media kanalların rolu olduqca yüksəkdir. Belə ki, bu sahədə dünyada həyata keçirilən işlər və yeniliklər, uğur hekayələri və statistik məlumatların müvafiq auditoriyaya vaxtaşırı çatdırılması önəmlidir.
İnanıram ki, bugünkü təlim nəticəsində sizin bu istiqamətdə məlumatlılığınız artacaq və gələcəkdə cəmiyyətimiz mediada standartlaşdırma mövzusuna dair daha tez-tez faydalı paylaşımlara rast gələcək".
Aytəkin Qardaşova
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
Ən son xəbərləri səhifəmizdən də izləyin