BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibə Qafarova: İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ölkəmizin müstəqilliyini ciddi sınaqlara məruz qaldığı dövrdə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi oldu. Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Ümummilli Lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi. Dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi. Onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi.

 

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 16-da keçirilən iclasında deyib.

 

O bildirib ki, 2003-cü il oktyabrın 15-i dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur. Bu hadisə müstəqil dövlətçiliyimizin inkişafında yeni dövr açıb. Xalqımızın bu müdrik qərarı müasir Azərbaycanın tarixi qələbələrlə zəngin olan sonrakı inkişaf yolunu müəyyən edib.

 

Parlamentin sədri vurğulayıb ki, Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi nəinki əldə olunmuş nailiyyətləri qorumağa və artırmağa, həm də ən mühüm ümummilli vəzifələrini yerinə yetirməyə imkan yaradıb. Son dövrün ən böyük nailiyyətləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında qazanılan tarixi Qələbələr olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir.

Tarix: 16 Oktyabr 2026, 11:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin