BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: “Məzahir Əfəndiyevin seçiciləri qarşısında cavabdehliyi var ki, niyə yol hərəkəti qaydalarını pozur?”

“Deputat toxunulmazlığı, eyni zamanda bəzi vəzifəli şəxslərin toxunulmazlığı Konstitusiya ilə təsbit olunub. Bu qanun dünyanın bir çox ölkələrində var. Desək ki, deputat toxunulmazlığı götürülsün, bu, düzgün deyil. Toxunulmazlıqdan sui-istifadə edərək inzibati xətalar törətmək, cərimələnmək mənəvi məsələdir. “İnzibati xətaya tabe tutula, məsuliyyətə cəlb edilə bilmərəm” deyib istənilən xətanı törətmək bir az vəzifəli şəxslərə mənəvi məsuliyyət yaradır, nəinki hüquqi...”

 

Bu sözləri Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı Yasamal Rayon Məhkəməsinin yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verməsi barədə danışarkən deyib.

 

Partiya sədri bildirib ki, dünyanın hər yerində bu qanunlar var və təsbit olunub: “Toxunulmazlıq vəzifəli şəxslərin işlərini daha çevik, operativ həyata keçirə bilmələri üçün qəbul olunub. Təəssüf ki, bizdə toxunulmazlıqlar elə ancaq gündəlik məişət problemlərində, məişət həyatında istifadə olunur. Hüquqi baxımdan Məzahir Əfəndiyevə deyə bilmərik ki, niyə cərimələri ləğv etdirmisən? Çünki Konstitusiyanın ona verdiyi hüquq var. Mənəvi baxımdan isə seçiciləri qarşısında cavabdehliyi var ki, niyə yol hərəkəti qaydalarını pozur?”

 

Aytəkin Qardaşova

Tarix: 16 Oktyabr 2026, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin