BURADA REKLAMINIZ OLA
BİLƏR

Halal standartlarının praktik tətbiqinin genişləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulur

“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİİC) üzvüdür. Halal məhsullarla bağlı standartlar dünyada olduqca genişdir. Qarşıda duran planlarda yerində halal məhsulların istehsal prosesləri ilə tanış olub standartların tətbiqi nəzərdə tutulur”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Günü ilə bağlı keçirilən media təlimdə deyib.

 

Qurum rəsmisi bildirib ki, hazırda halal məhsulların üzərində “Halal” nişanı olan standart qeydi var: "Halal standartlarının praktik tətbiqinin genişləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulur"

 

Aytəkin Qardaşova

Tarix: 16 Oktyabr 2026, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin