BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürdəmirdə iki yük avtomobili toqquşub, ölən var

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Kürdəmirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

 

İdarədən verilən məlumata görə, bu gün saat 05:00 radələrində, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 207-ci kilometrində Mahmud Əliyevin idarə etdiyi “İsuzu” markalı, avtokran tipli avtomobil yol kənarında dayanan Uğurlu Pənəliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində Mahmud Əliyevin sərnişini, İmişli şəhər sakini 1980-ci il təvəllüdlü Taleh Cabbarlı hadisə yerində həyatını itirib. Əraziyə YPX Alayının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

İlkin məlumata görə hadisənin baş verməsinə səbəb M.Əliyevin sükan arxasında yuxulaması nəticəsində avtomobilin idarəetmədən çıxması göstərilir.

 

Baş Dövlət Yol Polisi İdarəsi oxşar səbəbdən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını ifadə edir və sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

Tarix: 16 Oktyabr 2026, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin