BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Məzahir Əfəndiyev barəsində inzibati işlərə xitam verilməsi müzakirələrə səbəb oldu – “Toxunulmazlıq həbslə bağlıdır”

Xəbər verdiyimiz kimi, Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bu qərarla razılaşmadığını deyib.

Əkrəm Həsənov: “Azərbaycanda iqtisadiyyat və hüquq üzrə heç vaxt alim  olmayıb, nə Nobel mükafatı?” Pravda.az

O bildirib ki, bu, düzgün qərar deyil: “Toxunulmazlıq həbslə bağlıdır. Bəli, həbs oluna bilməz, amma başqa sanksiyalar, cərimə tətbiq oluna bilər axı. Mən xatırladıram ki, pandemiya dövründə Siyavuş Novruzov pandemiya qaydalarını pozduğuna görə cərimə olunmuşdu. Toxunulmazlığın buna aidiyyatı yoxdur. Buna görə də bu məhkəmənin mövqeyi mənə aydın deyil”.

 

Şəhanə Qədirli

Tarix: 16 Oktyabr 2026, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin