BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər"

Ermənistan və Türkiyə arasında dialoq və münasibətlərin normallaşdırılması prosesi sərhədin istənilən an açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər irəliləyib.

 

"News-Armenia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının (COP17) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

 

“Biz, məsələn, bazar ertəsi və ya sabah yuxudan oyanıb Ermənistan-Türkiyə sərhədinin açıldığını görə bilərik”, – nazir qeyd edib.

 

Mirzoyanın sözlərinə görə, tərəflər arasında dialoq kifayət qədər intensivdir və münasibətlərin normallaşdırılması prosesi əhəmiyyətli dərəcədə irəliləyib. O bildirib ki, Ermənistan sərhədi sərnişin və yük daşımaları üçün açmağa hazırdır.

 

Nazir vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində yekun qərar istənilən vaxt qəbul edilə bilər./APA

Tarix: 16 Oktyabr 2026, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin