BURADA REKLAMINIZ OLA
BİLƏR

Polkovnik Şirvanov azadlığa buraxıldı

Müdafiə Nazirliyindəki 160 milyonluq yeyinti ittihamı ilə 5 illik məhkum edilmiş polkovnik Mahir Şirvanov azadlığa buraxılıb.

 

Məlumata görə, yerli məhkəmə belə qərar qəbul edib.

 

Mahir Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti hesab edilib. Polkovnik qərar çıxan kimi saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

 

Hakim qərarını məhkumun cəzasının 3/4 hissəsini çəkməsi, islah olması ilə əsaslandırıb.

 

Qeyd edək, polkovnik Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub. 2022-ci ilin əvvəlində həbs edilib. O, bu ilin əvvəlində vaxtından əvvəl azadlığa çıxmaq istəyi ilə məhkəməyə müraciət etmişdi. Lakin onun həmin vaxt qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilmişdi./Qafqazinfo

Tarix: 16 Oktyabr 2026, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin