“Xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqının tarixi torpaqlarına qovuşmaq əzmini təcəssüm etdirən bir gündür. Bu gün həm də, onilliklər ərzində doğma torpaq həsrəti ilə yaşayan insanların sevincini, şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və Azərbaycanın gələcəyə inamla irəliləməsini ehtiva edən mühüm bir tarixdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, Füzuli rayonu Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bölgələrindən biridir: “Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəd olmaqla, Araz çayı boyunca uzanan əraziləri bölgənin iqtisadi və coğrafi əhəmiyyətini artırır. Füzuli torpağı əsrlər boyu Azərbaycan xalqının tarixi-mədəni həyatında mühüm yer tutmuş, burada milli-mənəvi dəyərlərimiz formalaşmış, el sənətkarlığı, ədəbiyyat və ənənələr inkişaf etmişdir. Rayonun ərazisində yerləşən tarixi və memarlıq abidələri bu torpağın qədim keçmişindən xəbər verir. Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Hacıqiyasəddin məscidi və karvansara kimi tarixi-mədəni irs nümunələri Füzulinin zəngin keçmişini əks etdirən mühüm abidələrdəndir. Təəssüf ki, işğal illərində bölgənin bir sıra tarixi və dini abidələrinə ciddi ziyan dəymiş, yaşayış məntəqələri dağıdılmışdır. 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuşdur. Bu hadisə bölgənin həyatında ağır və faciəli bir dövrün başlanğıcı olub. Minlərlə insan doğma evini, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qalmışdır. İşğal nəticəsində yaşayış evləri, sosial obyektlər, təhsil və mədəniyyət müəssisələri, tarixi abidələr dağıntılara məruz qaldı. İnsanların həyat tərzi dəyişdi, ailələr doğma torpaqlarından uzaqda məskunlaşmağa məcbur qalmışdır. Bu illər ərzində Füzulinin adı Azərbaycan xalqının yaddaşında həm ağır itkilərin, həm də sarsılmaz müqavimətin rəmzinə çevrildi. Doğma torpaqların azad edilməsi arzusu xalqımızın milli birliyini və mübarizə əzmini daha da gücləndirmişdir”.
P.Vəliyeva vurğulayıb ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin həlledici mərhələsi olub: “Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarını uğurla davam etdirərək işğal altında olan ərazilərin azad olunması istiqamətində mühüm nailiyyətlər qazandı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən əlamətdar hadisələrindən biri kimi tarixə düşdü. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi peşəkarlığını, əsgər və zabitlərimizin cəsarətini və xalqımızın qələbəyə olan inamını nümayiş etdirdi. Füzuli uğrunda gedən döyüşlər böyük hərbi-strateji əhəmiyyət daşıyırdı. Şəhərin azad edilməsi cənub istiqamətində əməliyyatların inkişafına, sonrakı hərbi uğurlar üçün əlverişli şəraitin yaranmasına və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesinin sürətlənməsinə töhfə verdi. Füzulinin azadlığı böyük qəhrəmanlıq, fədakarlıq və qətiyyət bahasına əldə edildi. Bu zəfərin arxasında canını Vətən uğrunda fəda edən şəhidlərimizin müqəddəs xatirəsi, sağlamlığını itirən qazilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının sarsılmaz həmrəyliyi dayanır. Füzulinin azad edilməsi göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarına bağlılığını heç vaxt itirmir və tarixi ədalətin bərpası naminə əzmindən dönmür. Tarixi Zəfərin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam Füzulinin azad edilməsinin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləyir. Şəhər Gününün təsis edilməsi həm şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi, həm də gələcək nəsillərin Vətən müharibəsinin tarixi həqiqətlərini öyrənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azadlıqdan sonra şəhərin və rayonun infrastrukturunun bərpası, müasir yaşayış mühitinin yaradılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sosial obyektlərin inşası istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlandı. Dağıdılmış şəhərin yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Yeni yaşayış məhəllələrinin salınması, yolların çəkilməsi, enerji və kommunal təminatın yaxşılaşdırılması, təhsil və digər sosial infrastrukturun yaradılması Füzulinin müasir şəhər kimi inkişafına xidmət edir. Füzulinin yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Prezident cənab İlham Əliyev azad olunmuş Füzuliyə dəfələrlə müxtəlif məqsədlərlə səfər etmişdir. 2020-ci ildə Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, 2021-ci ildə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulması, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, eləcə də Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə və Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq, bundan başqa, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılış mərasimi, Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, eləcə də, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və bir çox əhəmiyyətli tədbirləri buna misal gətirmək olar”.
Deputat bildirib ki, Füzuli şəhərində yenidənqurma işlərinin aparılmasında, həmçinin, bu şəhərdə sakinlərin həyat səviyyələrinin yüksəlməsində bir neçə Mərkəzi Asiya ölkələrinin də böyük dəstəyi olub: “Belə ki, dost ölkə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunmuşdur. Bundan başqa, Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilmiş və bu Mərkəzin açılış mərasimində Ölkə Başçısı cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iştirak etmişdir. Füzulinin inkişafında mühüm rol oynayan layihələrdən biri Füzuli Beynəlxalq Hava Limanıdır. Müasir nəqliyyat infrastrukturu kimi hava limanı bölgənin ölkənin digər əraziləri və beynəlxalq istiqamətlərlə əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Hava limanının istifadəyə verilməsi Qarabağ və ətraf ərazilərə səfərlərin asanlaşdırılmasına, nəqliyyat imkanlarının genişlənməsinə və gələcək iqtisadi inkişaf üçün yeni perspektivlərin yaranmasına xidmət edir. Füzuli Beynəlxalq Hava Limanı eyni zamanda azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin miqyasını nümayiş etdirən mühüm infrastruktur layihələrindən biridir. O, bölgənin investisiya imkanlarının, turizm potensialının və iqtisadi əlaqələrinin inkişafına töhfə vermək imkanına malikdir. Füzulinin azad edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri uzun illər doğma torpaqlarından ayrı düşmüş sakinlərin təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtmasının təmin edilməsidir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. Bu hadisə şəhərin müasir tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, minlərlə insanın illərlə gözlədiyi arzunun gerçəkləşməsi deməkdir. Böyük Qayıdış proqramı çərçivəsində insanların yaşayış şəraitinin yaradılması, sosial xidmətlərə çıxışının təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi və doğma torpaqlarda normal həyatın bərpası əsas prioritetlərdəndir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə hazırda yüz minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin ərazilərin bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait sərf olunmuşdur. Bir sözlə, Füzulinin dirçəlişi ümumilikdə Qarabağın inkişafı, Azərbaycanın iqtisadi potensialının genişlənməsi və milli həmrəyliyin möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır”.
Şəhanə Qədirli
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
Ən son xəbərləri səhifəmizdən də izləyin