BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağacları qanunsuz kəsənlər bir həftədə yaşıllıqlara 136 700 manat ziyan vurdular

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ağsu və Şəmkir rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Mikayıl Hüseynov prospektində, Yasamal rayonu Mətbuat prospektində, Ağsu rayonu Suraxanı və Şəmkir rayonu Sabirkənd kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 136 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Tarix: 16 Oktyabr 2026, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin