BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyev bu vəzifəsini də itirdi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

 

Məlumata görə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından çıxarılıb.

 

Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb.

 

Hazırda R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir./Unikal

Tarix: 16 Oktyabr 2026, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin