BURADA REKLAMINIZ OLA
BİLƏR

Metsamor AES-in baş direktoru: Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

 

Bunu Rusiya Enerji Həftəsi çərçivəsində "“3+3” platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” adlı dəyirmi masada çıxış edən Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan bildirib.

 

O, Ermənistanın qonşu ölkələrlə enerji əməkdaşlığı perspektivlərindən danışıb. Azərbaycan haqqında danışarkən, artıq baş tutmuş yanacaq tədarüklərini xatırladıb və gələcəkdə elektrik enerjisi tədarükünün də mümkün olduğu fikrini bildirib.

 

“Ermənistan qonşu ölkələr-İran və Gürcüstan və perspektivdə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”, - deyə erməni spiker qeyd edib./APA

Tarix: 16 Oktyabr 2026, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin