BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur.

 

Bunu Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlayıb.

 

Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək.

 

Sədr əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq.

 

Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 16 Oktyabr 2026, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin