BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobus və taksilərlə bağlı rəsmi məlumat

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətlərindən 121 051 min sərnişin istifadə edib.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə taksi ilə daşınan sərnişinlərin sayı 9% artıb.

 

Eyni zamanda, hesabat dövründə avtobuslarla daşınan sərnişinlərin sayı 1 482 288,6 min təşkil edib, bu da illik müqayisədə 11,4% artım deməkdir.

 

Qeyd etmək lazımdır ki, yanvar-sentyabr aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 1 771 305,6 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 9,7% artım deməkdir.

Tarix: 17 Oktyabr 2026, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin