BURADA REKLAMINIZ OLA
BİLƏR

Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: “Vicdanlarına söykənib fikir bildirə bilərlər...”

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının Mətbuat Şurasının İdarə Heyətinin keçmiş sədri Əflatun Amaşov barədə sosial şəbəkədə yazdığı fikirlər müzakirə yaradıb. Xoşqədəm Hidayətqızı “Əflatun Mətbuat Şurasını yarıtmışdı, oğlu da ağ günə çıxarar. Ümumiyyətlə, bu fəaliyyətsiz Mətbuat Şurası kimə və nəyə lazımdır? İlk yarandığı vaxt da eyni fikirdə idim. Hətta bu qurumun rəhbərliyinə Amaşovun gətiriləcəyini əvvəlcədən bildiyimiz üçün mən və bir neçə redaktor buna etiraz etmişdik. Əli Həsənov hamımıza zəng edib qurultaya qatılmağımızı istəmişdi. Mən getmədim, amma deyəsən, etiraz edən redaktorların hamısı sonradan Amaşovun bayrağı altına keçdi. Nə isə, belə başa düşürəm ki, əgər Amaşovun oğlu sədr seçilərsə, qurum bir neçə il də ona xidmət etməyə davam edəcək. Zaman onsuz da tez keçir. Sonra da nəvəsini sədr seçərik, beləcə, işi tamamlayarıq. Yeri gəlmişkən, Amaşovun Şura sədri olmaq üçün o vaxtkı dostlarına danışdıqları ayrıca bir mövzudur. Nə isə, görəsən, namizədlər arasında bloqerlər də var? Varsa, tapşırım, bizimkilər onlara səs versin...” sözlərini yazıb.

 

Onun fikirləri ilə bağlı Pravda.az-ın əməkdaşı Əflatun Amaşovun mövqeyini öyrənməyə çalışıb.

 

Amaşov “Facebook”da Hidayətqızının onun dostluq siyahısında olmadığını, paylaşıma da baxmadığını deyib.

 

O bildirib ki, hər bir insan düşüncələrində azaddır: “Vicdanlarına söykənib fikir bildirə bilərlər...”

 

Aytəkin Qardaşova

Tarix: 17 Oktyabr 2026, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin