Multikulturalizm və tolerantlıq Azərbaycanın əsrlər boyu formalaşmış mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və birgəyaşayış ənənələrinin mühüm tərkib hissəsidir. Tarixən müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı Azərbaycan bu gün də milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilir. Ölkəmizdə fərqli mədəniyyətlərə və dini inanclara hörmət yalnız dövlət siyasətinin prioritet istiqamətlərindən biri deyil, həm də xalqın həyat tərzində, gündəlik münasibətlərində və cəmiyyətin mənəvi düşüncəsində öz əksini tapan ənənə, dəyərdir. Dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasət isə bu dəyərlərin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı məkan olub və ölkəmizdə multikultural dəyərlərin və tolerantlıq ənənələrinin qorunması yalnız mənəvi irsimizin mühafizəsi deyil, həm də cəmiyyətimizin sabitliyinin, milli həmrəyliyinin və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat bildirib ki, Azərbaycan xalqı əsrlər boyu fərqli dini və etnik mənsubiyyətə malik insanlarla birgə yaşamaq, onların dilinə, inancına və mədəniyyətinə hörmətlə yanaşmaq ənənəsini formalaşdırıb: “Bu gün də ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri öz dini ayinlərini sərbəst şəkildə həyata keçirir, müxtəlif xalqların mədəni irsi qorunur və inkişaf etdirilir. Bu, cəmiyyətimizdə qarşılıqlı hörmətin və birgəyaşayış mədəniyyətinin mövcudluğunun göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli-mənəvi dəyərlərə sadiqlik, milli həmrəylik və bütün vətəndaşların hüquq bərabərliyi prinsipləri bu siyasətin əsasını təşkil edir. Dövlətimiz dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasını, cəmiyyətin bütün üzvlərinin ölkənin inkişafında iştirakını prioritet hesab edir. Azərbaycanın multikulturalizm modeli təkcə ölkə daxilində ictimai münasibətlərlə məhdudlaşmır. Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq təşəbbüslər ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoqun təşviqinə verdiyi töhfəni nümayiş etdirir. Azərbaycan bu fəaliyyəti ilə dünyaya göstərir ki, fərqliliklər qarşıdurma mənbəyi deyil, qarşılıqlı zənginləşmə və əməkdaşlıq üçün imkan ola bilər. Müasir dünyada dini və etnik zəmində qarşıdurmaların, ayrı-seçkiliyin və radikal meyillərin artdığı bir şəraitdə tolerantlığın qorunması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, multikultural dəyərlərin gələcək nəsillərə ötürülməsi, gənclərin milli-mənəvi dəyərlər və qarşılıqlı hörmət ruhunda tərbiyə olunması, təhsil və maarifləndirmə işinin gücləndirilməsi mühüm vəzifələrdəndir. Eyni zamanda dini və etnik zəmində nifrət nitqinə, ayrı-seçkiliyə və cəmiyyətdə qarşıdurma yaratmağa yönələn cəhdlərə qarşı hüquqi və maarifləndirici tədbirlər ardıcıl şəkildə həyata keçirilməlidir. Hesab edirəm ki, Azərbaycanın gücü həm də onun müxtəlifliyində, bu müxtəlifliyi milli birliyin mühüm üstünlüyünə çevirmək bacarığındadır. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır və onların hər biri dövlətimizin inkişafına öz töhfəsini verir. Milli həmrəylik və qarşılıqlı etimad cəmiyyətimizin dayanıqlı inkişafının əsas şərtlərindəndir. Nəticə etibarilə, multikulturalizm və tolerantlıq bizim üçün yalnız tarixi ənənə deyil, həm də gələcəyə yönəlmiş strateji dəyərdir. Bu dəyərləri qorumaq, inkişaf etdirmək və beynəlxalq miqyasda təbliğ etmək hər birimizin məsuliyyətidir. Azərbaycanın dünyaya təqdim etdiyi əsas mesaj budan ibarətdir ki, sülh, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyəti əsasında daha təhlükəsiz və ədalətli dünya qurmaq mümkündür”.
İlahiyyatçı Ağa Hacıbəyli isə deyib ki, Azərbaycanda multikultural dəyərlər uzun illərin məhsuludur:

“Multikulturalizm, tolerantlıq, xüsusilə, həmrəyliyin, birliyin, digər etiqad və inanc sahiblərinə olan hörməti özündə ehtiva edə biləcək xalqların işidir. Dünyanın çox ölkəsində az xalqların bacardığı dəyərlərdən biri tolerantlıq və multikultural dəyərlərdir. Başqalarının inanc və etiqadına hörmətlə yanaşmaq bir prinsipidir ki, bu, gerçəkdən də Azərbaycanda var və ölkəmiz uzun illərdir, nümunə kimi bunu dünyaya göstərir. Digər inanclara hörmət və ehtiram göstərmək mənəvi məsələdir. Bu, insan qəlbinin, ruhunun işi, əslində isə onun şəxsiyyətini, kimliyini formalaşdıran dəyərlər toplusudur. Multikultural və tolerant dəyərlər insanın daxili aləmini şəkilləndirən, formalaşdıran, insanı Yaradan ilə bağlayan çox önəmli mənəvi bağdır. Kənardan bir insanın inancına, etiqadına edilən hörmət əslində onun şəxsiyyətinə edilən hörmətdir. Bu, xalqımızın mədəni kimliyinə dəlalət edir. Xalq, millət olaraq Azərbaycanın müxtəlif bölgələrində - Şəkidə, Qubada, Cənub, Şimal bölgəsində fərqli inanclara sahib azlıqlarımız, etnik qruplarımız var. Onların çoxunun dil, din və mədəni dəyərlər kimi bir çox adətləri Azərbaycan dövləti tərəfindən qorunub saxlanılır. Ərazisi kiçik, əhalisi az olan Azərbaycanın belə bir unikal və ideal müstəvidə multikultural mühit yaratması digər xalqlar və millətlər üçün önəmli nümunədir. Arzumuz, niyyətimiz budur ki, insanların mənəvi dəyərləri, inancları, etiqadları dünyanın dörd bir tərəfində qorunsun, insanın rəngi, irqi, inancı heç vaxt başqaları üçün sıxıntıya çevrilməməlidir. Hər halda yaşadığımız dünya bu böyük dəyərlərə tab gətirə bilmir. Əslində, dünyanın qan gölünə çevrilməsinin ən böyük səbəblərindən biri də qarşısındakı insana dəyər verə bilməyən şüurun, zehniyyətin ortaya çıxması, Fironluq düşüncəsinun meydana gəlməsidir ki, tək bir inancdan başqa inanc qəbul etmir. Bu da böyük sıxıntılara, problemlərə gətirib çıxarır. Bu baxımdan, arzumuz və niyyətimiz budur ki, Azərbaycanımızda - bu gözəl vətənimizdə birgəyaşayış mədəniyyəti, həmrəylik şüuru, özəlliklə Azərbaycançılıq düşüncəsi içərisində olan multikultural anlayış daha çox dərinləşsin, möhkəmlənsin. Çünki dünyamızın belə gözəl nümunələrə, doğrudan da, ehtiyacı var. Ola bilsin ki, hansısa bir ölkə texnikada, texnologiyada, süni intellektdə çox böyük məsafələri qət edib, amma yanındakı insana və onun dəyərlərinə, kimliyinə, mənəvi varlığına əsla dəyər vermir, o sahədə böyük tənəzzülə uğrayır. Bu cür texnologiya əgər insan həyatına, insanlığın inşasına xidmət etmirsə, Allah qorusun, deməli, o, şarlatanlara xidmət edir. Bəlkə də, belə texnologiya dünyaya xeyir yox, zərər yetirir. Qoy texnologiya gerçək insanların, insanlığın əli ilə qurulsun, inşa edilsin ki, ondan babamız Adəmin zürriyyəti faydalansın, birgəyaşayış mədəniyyəti öyrənilsin. Bizim bir dünyamız var. Dünya isə bir evdir. Hamımızın bir Rəbbi var, hamımız doğulmuşuq, hər kəsin öz anası var, layla ilə böyümüşük. Bu dünyada yetmiş-səksən il yaşayacağıq. Sonda isə hesaba çəkiləcəyik. Bu bir ilahi nizamdır, heç kim boyun qaçıra bilməz. İstər kasıb, istərsə də zəngin. Kaş bu anlayışı dünyanın dörd bir tərəfinə çatdıra biləydik”.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə yardımı ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
Ən son xəbərləri səhifəmizdən də izləyin