BURADA REKLAMINIZ OLA
BİLƏR

Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb

Səudiyyə Ərəbistanının Nəcran əyalətində hərbi AH-6i helikopteri qəzaya uğrayıb, iki heyət üzvü həlak olub.

 

Bu barədə "Reuters" Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, helikopterdə olan hər iki şəxs ölüb. Qəzanın səbəbləri və hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

 

Report

Tarix: 18 Oktyabr 2026, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin