BURADA REKLAMINIZ OLA
BİLƏR

TDT-nin Baş katibindən Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə TƏBRİK

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

 

Baş katib bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə hökumətə və Azərbaycan xalqına təbriklərini çatdırıb.

 

Kubanıçbek Ömüralıyev bildirib ki, bu əlamətdar tarix Azərbaycan xalqının iradəsini, əzmkarlığını, müstəqilliyinə və suverenliyinə sadiqliyini əks etdirir.

 

Baş katib Azərbaycana sülh, birlik, davamlı inkişaf və rifah arzulayıb.

Tarix: 18 Oktyabr 2026, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin