BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada həyatını itirib.

 

Qəza nəticəsində xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov orada ölüb.

 

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

 

APA

Tarix: 18 Oktyabr 2026, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin