BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

 

Səfir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

 

“Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm. Ukrayna və Azərbaycan arasında tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyünə qarşılıqlı dəstək münasibətləri mövcuddur”, – paylaşımda qeyd olunub.

 

Yuriy Husyev Azərbaycan xalqına sülh, rifah və parlaq gələcək arzulayıb.

 

Səfir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tarix: 18 Oktyabr 2026, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin