BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bu rayonunda 2 gün su olmayacaq - DİQQƏT

Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.

 

Bildirilib ki, fasilə su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı texniki şərtə əsasən görüləcək işlərlə əlaqədardır.

 

Suyun verilməsinin oktyabrın 21-də səhər saatlarında əvvəlki rejimə qaytarılması nəzərdə tutulub.

Tarix: 19 Oktyabr 2026, 00:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin