BURADA REKLAMINIZ OLA
BİLƏR

Telefon zəngləri ilə bağlı mübahisə etdiyi tanışını bıçaqladı, 7 il cəza aldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elgün İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama əsasən, hadisə 2025-ci ildə, saat 16 radələrində paytaxt əazisində baş verib.

 

Belə ki, zərərçəkmiş V.K. (adı, soyadı şərtidir) Elgün İsmayılova telefon zənglərinə cavab verməməsi ilə bağlı irad bildirib. Təqsirləndirilən şəxs isə bunu bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin qarın nahiyəsinə üzərində olan bıçaqla bir dəfə zərbə endirib.

 

Nəticədə V.K.-nin qarının ön divarından qarın boşluğuna nüfuz edən, enən çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası yaranıb. Məhkəmə-tibbi qiymətləndirməyə əsasən, həmin xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İElgün İsmayılov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bununla yanaşı, ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham hökmdən xaric edilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 19 Oktyabr 2026, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin