Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əkbər İmranovun (ad, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti edilməyib.
İttihama görə, hadisə 2025-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” yaşayış massivində baş verib.
Belə ki, Əkbər İmranovun dayısına məxsus “laqonda” (bucaqyonan alət) zərərçəkmiş Əmir İslamov (adı, soyadı şərtidir) tərəfindən elektrik cihazlarının təmiri sexində təmir olunub. Lakin təmirin keyfiyyətindən narazı qalan tərəf məsələni aydınlaşdırmaq üçün sexə gəlib. Burada Əkbərlə Əmir arasında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi təhqir edib və nalayiq ifadələr işlədib.
Bundan sonra Əkbər qisas almaq qərarına gəlib. O, Əmirin fiziki cəhətdən özündən üstün olduğunu düşündüyü üçün təkbaşına bunu edə bilməyəcəyini hesab edib və yaxın qohumları ilə birlikdə yenidən sexin qarşısına qayıdıb.
Təqsirləndirilən şəxs əvvəlcə yerdən götürdüyü metlax parçasını silah qismində istifadə edərək zərərçəkmişin boynunun arxa nahiyəsinə zərbə endirib. Hadisə ictimai yerdə, digər şəxslərin gözü qarşısında baş verib və ətrafdakı insanların narahatlığına səbəb olub.
İstintaq orqanının qənaətinə görə, bununla Əkbər ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib və zərərçəkmişə qarşı zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri törədib.
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs mübahisəni daha da şiddətləndirərək sexdən götürdüyü dəmir çəkiclə Əmirin baş nahiyəsinə qəsdən zərbə vurub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş hadisə nəticəsində açıq kəllə-beyin travması, baş beynin əzilməsi, sağ təpə sümüyünün basılmış sınığı, pnevmoensefaliya (kəllə boşluğuna havanın daxil olması) və digər həyati təhlükə yaradan xəsarətlər alıb. Ekspertiza həmin xəsarətləri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi qiymətləndirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təqdim edilmiş sübutları, zərərçəkmişin aldığı xəsarətlərin xarakterini və hadisənin başvermə şəraitini nəzərə alaraq təqsirləndirilən şəxsin əməlini sübuta yetirilmiş hesab edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs qəsdən sağlamlığa həyat üçün təhlükəli ağır zərər vurmaqda və xuliqanlıq hərəkətləri törətməkdə təqsirli bilinib və o, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Kamal Məmmədov
19 Oktyabr 10:51
19 Oktyabr 10:48
19 Oktyabr 10:47
19 Oktyabr 10:43
19 Oktyabr 10:38
19 Oktyabr 10:29
19 Oktyabr 10:25
19 Oktyabr 10:25
19 Oktyabr 10:20
19 Oktyabr 10:19
19 Oktyabr 10:15
19 Oktyabr 10:11
19 Oktyabr 10:08
19 Oktyabr 10:05
19 Oktyabr 10:04
19 Oktyabr 09:44
19 Oktyabr 09:44
19 Oktyabr 09:43
19 Oktyabr 09:42
19 Oktyabr 09:37
19 Oktyabr 09:37
19 Oktyabr 09:33
19 Oktyabr 09:02
19 Oktyabr 06:46
19 Oktyabr 06:44
19 Oktyabr 00:44
19 Oktyabr 00:42
18 Oktyabr 22:58
18 Oktyabr 21:48
18 Oktyabr 19:19
18 Oktyabr 17:40
18 Oktyabr 17:36
18 Oktyabr 17:21
18 Oktyabr 17:19
18 Oktyabr 16:37
18 Oktyabr 16:04
18 Oktyabr 15:22
18 Oktyabr 15:20
18 Oktyabr 14:11
18 Oktyabr 13:54
18 Oktyabr 13:28
18 Oktyabr 13:10
18 Oktyabr 12:31
18 Oktyabr 12:14
18 Oktyabr 11:39
18 Oktyabr 11:12
18 Oktyabr 10:59
18 Oktyabr 09:42
18 Oktyabr 09:40
18 Oktyabr 09:38
18 Oktyabr 09:34
18 Oktyabr 09:33
17 Oktyabr 23:50
17 Oktyabr 23:43
17 Oktyabr 23:38
17 Oktyabr 23:20
17 Oktyabr 21:50
17 Oktyabr 20:55
17 Oktyabr 20:04
17 Oktyabr 18:54
17 Oktyabr 18:12
17 Oktyabr 17:33
17 Oktyabr 16:10
17 Oktyabr 15:33
17 Oktyabr 14:30
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
Ən son xəbərləri səhifəmizdən də izləyin