BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzada gənc oğlanın ölümünə səbəb olan sərxoş sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Valeh Xankişiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti edilməyib.

 

İttihama görə, hadisə 01 avqust 2024-cü il tarixdə saat 01:41-də radələrində Ağdaş şəhəri ərazisində qeydə alınıb.

 

 

Belə ki, Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

 

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

 

Hadisədən sonra Valeh Xankişiyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

İttihamda göstərilib ki, hadisə zamanı sürücü sərxoş vəziyyətində olub.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 19 Oktyabr 2026, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin