BURADA REKLAMINIZ OLA
BİLƏR

Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktorla bağlı qərar verildi

Hədə-qorxuda təqsirləndirilən “turantv.az” saytının rəhbəri Ramin Sadıqlı və “bölgeinfo” saytının təsisçi və baş redaktoru Vüqar Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti edilməyib.

 

Qeyd: Ramin Sadıqlı və Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Onlar bir neçə vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Sadıqlı 6 il 3 ay və Vüqar Quliyev isə 6 il müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Hökmdən bir neçə zərərçəkmiş şəxslərə qarşı təkrar hədə-qorxu ilə tələb etmə cinayət əməlinin törədilməsinə görə epizodlar üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup halında iştirak etmələrinə dair hissələr, o cümlədən əməlin Cinayət Məclləsinin 182.2.1-ci maddəsinə tövsif edilməsinə dair maddəalər xaric olunub. Həmin epizodlar üzrə verilmiş ittihama görə Ramin Sadıqlı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun əvvəlki hökmü də qismən birləşdirilib. Nəticədə Ramin Sadıqlıya qəti olaraq 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə cəzası təyin edilib. Eyni zamanda Vüqar Quliyev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

Kamal Məmmədov

Tarix: 19 Oktyabr 2026, 10:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin