BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Penitensiar xidmətin keçmiş əməkdaşı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti edilməyib.

 

İttihama görə, Mətləb İlyasov bir neçə şəxsə qarşı dələduzluq edib.

 

O, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd verib. Lakin sonradan Mətləb İlyasov verdiyi vədə əməl etməyib.

 

Mətləb İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) maddələri üzrə ittiham elan edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırlatma: Mətləb İlyasov Penitensiar Xidmətinin keçmiş əməkdaşı olub.

 

Kamal Məmmədov

Tarix: 19 Oktyabr 2026, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin