BURADA REKLAMINIZ OLA
BİLƏR

Maqsud Babayev vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.

 

M.Babayev 74 yaşında dünyasını dəyişib. Mərhum 2021-ci ildən BDU-da müəllim işləyirdi.

 

O, 2001-2007-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər dənizinin ətraf mühitinin və bioloji sərvətlərinin mühafizəsi bölməsinin rəhbəri, 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi, 2008-2014-cü illərdə ARDNŞ-in “Ekol Mühəndislik Xidmətləri” QSC-də Səyyar Monitorinq Xidmətinin rəisi, 2014-2018-ci illərdə “Azərsu” ASC-də Texnoloji proseslərə və suyun keyfiyyətinə nəzarət şöbəsinin rəisi, baş texnoloq vəzifələrində çalışıb./Unikal

Maqsud Babayev vəfat etdi

 

Tarix: 19 Oktyabr 2026, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin