BURADA REKLAMINIZ OLA
BİLƏR

Kitab mükafatı gələn il elan olunacaq

Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı.

 

Bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə deyib.

 

Onun sözlərinə görə, mükafatla bağlı bütün hüquqi prosedurlar hazırlanıb.

 

“Hətta aidiyyəti üzrə təqdim olunub və məsələ razılaşdırılma mərhələsindədir”.

 

Vasif Qurbanzadə deyib ki, Mədəniyyət Nazirliyinin prioritetlərindən biri, bəlkə də birincisi, kitab mükafatı və tərcümə proqramıdır.

 

“Biz bunu qəbul edirik və hazırda bu istiqamətdə işləyirik”.

 

Şöbə müdiri mükafatın gələn il üçün elan olunacağını əlavə edib.

 

“Hətta il ərzində bizə kifayət qədər kitab göndərənlər də olub. Məsələn, müəlliflərini tanımadığımız, müxtəlif bölgələrdən göndərilən kitablarla bağlı müraciətlər alırıq. Müəlliflər bildirirlər ki, kitab mükafatında iştirak etmək istəyirlər. Bu da məsələnin aktuallğını göstərir”./APA

Tarix: 19 Oktyabr 2026, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin