BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: Azərbaycan və Türkiyənin düşmənlərinə iki ölkə arasında münasibətlərə xələl gətirməyə fürsət verməməlidir

Milli Məclisin deputatı Azər Badamov müxalifətin Azərbaycan və Türkiyə arasında son günlər yaranan gərginlikdə Azərbaycan hökumətini günahlandırmasına münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir, hətta bir ailədə iki qardaş arasında belə fikir ayrılıqları yarana bilər.

 

Onun sözlərinə görə, bu cür fikir ayrılıqları, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır və zamanla aradan qalxır: "Çünki qardaşları bir-birindən ayırmaq, onların ortaq bağlarını qırmaq mümkün deyil. Bu baxımdan, Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan müəyyən soyuqluğun da müvəqqəti xarakter daşıdığını düşünürəm. İnanıram ki, yaxın gələcəkdə münasibətlərimizin yenidən əvvəlki məcraya qayıtdığının şahidi olacağıq. Bir millət, iki dövlətik. Bizi birləşdirən təkcə ortaq tariximiz, dilimiz və mədəniyyətimiz deyil, həm də qardaşlıq bağlarımız, ortaq maraqlarımız və gələcəyə dair hədəflərimizdir. Birlikdə daha güclüyük və bu birliyi qorumaq hər birimizin məsuliyyətidir".

 

A.Badamov qeyd edib ki, Azərbaycan və Türkiyənin düşmənlərinə iki ölkə arasında fikir ayrılıqları yaratmağa, birliyi zəiflətməyə və münasibətlərə xələl gətirməyə fürsət verməməlidir: "Çünki Azərbaycan-Türkiyə birliyi hər iki dövlətin gücü, regionun sabitliyi və xalqlarımızın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə birliyi əbədidir".

 

Aytəkin Qardaşova

Tarix: 19 Oktyabr 2026, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin