BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - FOTO

Bakının Nəsimi rayonu, Vaqif prospekti 11a ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.

 

Pravda.az “Yeni Avaz”a istinadən xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 6 mərtəbədən ibarətdir.

 

Obyektin torpaq sahəsinin ölçüsü 0,06076 hektara bərabərdir. 50 otaqdan ibarət olan və hazırda “GreenPark” adı ilə fəaliyyət göstərən hotelin minimum satış qiyməti 5 milyon 561 min 890 manat təşkil edir. Obyektin ilkin bazar qiymətinin isə 6 milyon 543 min 400 manat olduğu bildirilir.

 

Qeyd olunub ki, obyekt daha əvvəl “İrşad” adı ilə fəaliyyət göstərib. Bu hotelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev tərəfindən inşa olunduğu bildirilir. Hazırda “İrşad” İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da Nəsimi rayonu, Vaqif prospekti 11a ünvanında yerləşir.

 

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı

 

Tarix: 19 Oktyabr 2026, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin