BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə sel fəlakətində ölənlərin sayı artır

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 8-ə yüksəlib.

 

İstanbulda güclü yağışdan sonra sel zamanı itkin düşən daha bir nəfərin meyiti bu gün səhər saatlarında Ayvansaray bərə limanının yaxınlığında aşkarlanıb. Bununla da İstanbulda sel nəticəsində ölənlərin sayı 6-ya çatıb. İtkin düşən daha bir şəxsin axtarışları davam etdirilir.

 

Kocaeli vilayıtinin Gebze rayonunda isə sel sularında batan avtomobildəki üç nəfərdən biri xilas edilib. İtkin düşən iki nəfərin meyiti tapılıb./Azərtac

Tarix: 19 Oktyabr 2026, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin