Azərbaycanda köhnə və qəzalı binaların sökülməsi, həmin ərazilərdə yeni yaşayış komplekslərinin inşası zamanı mənzil sahiblərinə veriləcək kompensasiya məsələsi aktuallığını qoruyur. Belə hallarda ev sahiblərinə ödəniləcək məbləğin müəyyənləşdirilməsi, mənzilin bazar dəyərinin nəzərə alınması və vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır.
Bəs binanın sökülməsi qərarı verilərsə, ev sahibinə verilən kompensasiya hansı meyarlar əsasında hesablanmalıdır?
Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında burada bir neçə metod olduğunu bildirib.
Onun sözlərinə görə, birinci, ümumi işlək metod mövcuddur:
"Ərazidə yeni yaşayış binası tikildikdə, qanunla təsbit olunmasa da, ümumi praktikaya əsasən, inşaat şirkətləri sakinlərə sökülən mənzilin sahəsindən 20 faiz artıq sahəyə malik mənzil təklif edirlər. Məsələn, 60 kvadratmetrlik mənzil söküldükdə, sahibinə əvəzində yeni binadan 60 deyil, əlavə 20 faiz nəzərə alınmaqla 72 kvadratmetrlik mənzil təklif olunur. Eyni zamanda, tikinti müddətində mənzil sahibinin kirayə xərcləri də qarşılanır. Bu, ümumi praktikada tətbiq olunan üsuldur. Bəzi hallarda isə məsələ pul kompensasiyası ilə həll edilə bilər. Belə olduqda ətraf ərazilərdəki mənzillərin qiymətləri əsas götürülür və kompensasiya kvadratmetrə uyğun hesablanır. Lakin burada böyük problem yaranır. Mənzilin sahəsi kiçik olduqda, xüsusilə də şəhər mərkəzində yerləşdikdə, ödənilən kompensasiya ilə eyni ərazidə yeni mənzil almaq çətinləşə bilər. Bu isə ev sahibinin əvvəlki yaşayış yerindən köçməsinə səbəb ola bilər. Çünki həmin qiymətə oxşar sahəyə malik mənzil tapmaq çətinləşir. Digər tərəfdən, bu məsələnin tənzimlənməməsi süni qiymət artımına səbəb olur. Belə ki, dövlət öz ehtiyacları üçün söküntü apardıqda müəyyən qiymət müəyyənləşdirir.
Məsələn, paytaxtın "Papanin" adlanan ərazisində bir kvadratmetr üçün 2 700 manat kompensasiya nəzərdə tutulur və sakinlərə müəyyən edilmiş qaydada ödəniş edilir. Lakin özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə sakinlərə eyni yanaşma tətbiq olunmur. Onlara sadəcə şirkətlə razılaşmaq təklif edilir. Nəticədə bəzi sakinlər həddindən artıq yüksək məbləğlər tələb edirlər. Məsələn, 40 kvadratmetrlik evi olan şəxs bunun əvəzində övladları və digər ailə üzvləri üçün bir neçə mənzil, hətta həmin mənzillərin altı-yeddi ilə təhvil verilməsini tələb edə bilər. Bunun nəticəsində tikinti şirkətlərinin xərcləri artır. Tutaq ki, şirkətin 50 milyon manatlıq kredit öhdəliyi var. Bu yük son nəticədə tikinti xərclərinə və mənzil qiymətlərinə təsir göstərir. Eyni zamanda, yeni mənzil gözləyən sakinlər üçün kirayə haqları da arta bilər. Belə hallarda mənzillərin hər kvadratmetrinin qiyməti ən azı 200-300 manat bahalaşa bilər. Burada əsas problem qanunvericilikdəki boşluqdur. Yaxşı olardı ki, söküntü aparılacaq ərazilər üzrə şərtlər əvvəlcədən müəyyənləşdirilsin. Əgər hər hansı ərazidə söküntü planlaşdırılırsa, kompensasiya və köçürülmə qaydaları bütün tərəflər üçün məcburi xarakter daşımalıdır. Bu şərtlər müəyyənləşdirilmədən söküntüyə başlanılmamalıdır. Söküntüyə başlanılıbsa, proses müəyyən edilmiş qaydalar çərçivəsində aparılmalıdır. Belə olduqda həm tikinti şirkəti öz maliyyə imkanlarını əvvəlcədən hesablaya bilər, həm sakinlərin hüquqları qorunar, həm də tərəflər arasında əsassız tələblərin və anlaşılmazlıqların qarşısı alınar".
19 Oktyabr 14:38
19 Oktyabr 14:37
19 Oktyabr 14:31
19 Oktyabr 14:27
19 Oktyabr 14:23
19 Oktyabr 14:15
19 Oktyabr 14:13
19 Oktyabr 14:09
19 Oktyabr 13:44
19 Oktyabr 13:34
19 Oktyabr 13:32
19 Oktyabr 13:27
19 Oktyabr 13:21
19 Oktyabr 13:12
19 Oktyabr 12:59
19 Oktyabr 12:57
19 Oktyabr 12:51
19 Oktyabr 12:38
19 Oktyabr 12:35
19 Oktyabr 12:31
19 Oktyabr 12:29
19 Oktyabr 12:29
19 Oktyabr 12:25
19 Oktyabr 12:19
19 Oktyabr 12:09
19 Oktyabr 12:08
19 Oktyabr 12:05
19 Oktyabr 12:01
19 Oktyabr 11:55
19 Oktyabr 11:53
19 Oktyabr 11:48
19 Oktyabr 11:41
19 Oktyabr 11:27
19 Oktyabr 11:25
19 Oktyabr 11:22
19 Oktyabr 11:16
19 Oktyabr 11:08
19 Oktyabr 11:02
19 Oktyabr 10:58
19 Oktyabr 10:55
19 Oktyabr 10:51
19 Oktyabr 10:48
19 Oktyabr 10:47
19 Oktyabr 10:43
19 Oktyabr 10:38
19 Oktyabr 10:29
19 Oktyabr 10:25
19 Oktyabr 10:25
19 Oktyabr 10:20
19 Oktyabr 10:19
19 Oktyabr 10:15
19 Oktyabr 10:11
19 Oktyabr 10:08
19 Oktyabr 10:05
19 Oktyabr 10:04
19 Oktyabr 09:44
19 Oktyabr 09:44
19 Oktyabr 09:43
19 Oktyabr 09:42
19 Oktyabr 09:37
19 Oktyabr 09:37
19 Oktyabr 09:33
19 Oktyabr 09:02
19 Oktyabr 06:46
19 Oktyabr 06:44
19 Oktyabr 00:44
19 Oktyabr 00:42
18 Oktyabr 22:58
18 Oktyabr 21:48
18 Oktyabr 19:19
18 Oktyabr 17:40
18 Oktyabr 17:36
18 Oktyabr 17:21
18 Oktyabr 17:19
18 Oktyabr 16:37
18 Oktyabr 16:04
18 Oktyabr 15:22
18 Oktyabr 15:20
18 Oktyabr 14:11
18 Oktyabr 13:54
18 Oktyabr 13:28
18 Oktyabr 13:10
18 Oktyabr 12:31
18 Oktyabr 12:14
18 Oktyabr 11:39
18 Oktyabr 11:12
18 Oktyabr 10:59
18 Oktyabr 09:42
18 Oktyabr 09:40
18 Oktyabr 09:38
18 Oktyabr 09:34
18 Oktyabr 09:33
17 Oktyabr 23:50
17 Oktyabr 23:43
17 Oktyabr 23:38
17 Oktyabr 23:20
17 Oktyabr 21:50
17 Oktyabr 20:55
17 Oktyabr 20:04
17 Oktyabr 18:54
17 Oktyabr 18:12
17 Oktyabr 17:33
17 Oktyabr 16:10
17 Oktyabr 15:33
17 Oktyabr 14:30
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
Ən son xəbərləri səhifəmizdən də izləyin