17-18 oktyabr tarixlərində İraq Respublikasının paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib.
XİN-dən verilən xəbərə görə, Azərbaycan Respublikasını sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbir zamanı İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, İƏT məkanında baş verən yeniliklər, əhəmiyyətli hadisələr, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müzakirələr aparılıb.
Tədbir çərçivəsində əsas plenar iclasda və “Sülh və davamlı inkişafın təşviqində dialoq və həmrəylik – iki əsas sütun” mövzusuna həsr olunmuş xüsusi sessiyada çıxışlar edilib.
Çıxışlarda Yalçın Rəfiyev tərəfindən regionda baş verən hərbi qarşıdurmalar və artan gərginlik və dünyada İslamofobiya trendinin yüksəlməsi ilə bağlı narahatlıq ifadə edilib, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Fələstin məsələsi, eləcə də ölkəmizin qarşıdan gələn İƏT Zirvə Konfransına sədrliyinin prioritetlərinə toxunulub.
Sessiyanın yekununda siyasi, iqtisadi, humanitar-mədəni və bir sıra digər istiqamətlərlə bağlı qətnamələr, habelə Bağdad Bəyannaməsi qəbul edilib.
Sessiyanın Azərbaycan üçün əsas əlamətdar nəticələrindən biri İƏT XİNŞ tərəfindən ölkəmizlə bağlı ənənəvi əsasda qəbul edilən dörd qətnamənin (“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam tarixi və mədəni abidələrinin və izlərinin dağıdılması və təhqir edilməsi” və “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik”) müvafiq yenilikləri əks etdirməklə yenidən qəbul edilməsi və Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı bəndin əks olunması olub.
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesindəki irəliləyişlər, xüsusilə iki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması alqışlanır, Ermənistan tərəfinə İƏT üzv dövlətləri adından sülh sazişinin imzalanması istiqamətində yerdə qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı çağırış edilir. İşğaldan azad edilmiş ərazılərin bərpası və yenidən qurulması səylərində Azərbaycan Respublikası Hökuməti və xalqı ilə həmrəylik ifadə edilir, habelə həmin ərazilərdə minalardan təmizlənmə fəaliyyətinə fəal dəstək verilməsi üçün İƏT üzv dövlətlərinə çağırış edilir.
Bununla yanaşı, sessiya çərçivəsində baş tutmuş müvafiq səsvermənin nəticələrinə əsasən Azərbaycan nümayəndəsi Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Haqları Komissiyasının 2027-2030-cu illər üzrə üzvü seçilib.
Tədbir çərçivəsində Yalçın Rəfiyev ilə Qambiyanın xarici işlər naziri Serinq Modu Njiye, Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyin Bəhr Əl-Ulum arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə İƏT çərçivəsində bu ölkələrlə əməkdaşlıq məsələləri müzakirə edilib.
19 Oktyabr 16:21
19 Oktyabr 16:17
19 Oktyabr 16:09
19 Oktyabr 16:04
19 Oktyabr 16:02
19 Oktyabr 15:59
19 Oktyabr 15:40
19 Oktyabr 15:39
19 Oktyabr 15:34
19 Oktyabr 15:24
19 Oktyabr 15:12
19 Oktyabr 15:07
19 Oktyabr 15:04
19 Oktyabr 14:58
19 Oktyabr 14:58
19 Oktyabr 14:48
19 Oktyabr 14:40
19 Oktyabr 14:38
19 Oktyabr 14:37
19 Oktyabr 14:31
19 Oktyabr 14:27
19 Oktyabr 14:23
19 Oktyabr 14:15
19 Oktyabr 14:13
19 Oktyabr 14:09
19 Oktyabr 13:44
19 Oktyabr 13:34
19 Oktyabr 13:32
19 Oktyabr 13:27
19 Oktyabr 13:21
19 Oktyabr 13:12
19 Oktyabr 12:59
19 Oktyabr 12:57
19 Oktyabr 12:51
19 Oktyabr 12:38
19 Oktyabr 12:35
19 Oktyabr 12:31
19 Oktyabr 12:29
19 Oktyabr 12:29
19 Oktyabr 12:25
19 Oktyabr 12:19
19 Oktyabr 12:09
19 Oktyabr 12:08
19 Oktyabr 12:05
19 Oktyabr 12:01
19 Oktyabr 11:55
19 Oktyabr 11:53
19 Oktyabr 11:48
19 Oktyabr 11:41
19 Oktyabr 11:27
19 Oktyabr 11:25
19 Oktyabr 11:22
19 Oktyabr 11:16
19 Oktyabr 11:08
19 Oktyabr 11:02
19 Oktyabr 10:58
19 Oktyabr 10:55
19 Oktyabr 10:51
19 Oktyabr 10:48
19 Oktyabr 10:47
19 Oktyabr 10:43
19 Oktyabr 10:38
19 Oktyabr 10:29
19 Oktyabr 10:25
19 Oktyabr 10:25
19 Oktyabr 10:20
19 Oktyabr 10:19
19 Oktyabr 10:15
19 Oktyabr 10:11
19 Oktyabr 10:08
19 Oktyabr 10:05
19 Oktyabr 10:04
19 Oktyabr 09:44
19 Oktyabr 09:44
19 Oktyabr 09:43
19 Oktyabr 09:42
19 Oktyabr 09:37
19 Oktyabr 09:37
19 Oktyabr 09:33
19 Oktyabr 09:02
19 Oktyabr 06:46
19 Oktyabr 06:44
19 Oktyabr 00:44
19 Oktyabr 00:42
18 Oktyabr 22:58
18 Oktyabr 21:48
18 Oktyabr 19:19
18 Oktyabr 17:40
18 Oktyabr 17:36
18 Oktyabr 17:21
18 Oktyabr 17:19
18 Oktyabr 16:37
18 Oktyabr 16:04
18 Oktyabr 15:22
18 Oktyabr 15:20
18 Oktyabr 14:11
18 Oktyabr 13:54
18 Oktyabr 13:28
18 Oktyabr 13:10
18 Oktyabr 12:31
18 Oktyabr 12:14
18 Oktyabr 11:39
18 Oktyabr 11:12
18 Oktyabr 10:59
18 Oktyabr 09:42
18 Oktyabr 09:40
18 Oktyabr 09:38
18 Oktyabr 09:34
18 Oktyabr 09:33
17 Oktyabr 23:50
17 Oktyabr 23:43
17 Oktyabr 23:38
17 Oktyabr 23:20
17 Oktyabr 21:50
17 Oktyabr 20:55
17 Oktyabr 20:04
17 Oktyabr 18:54
17 Oktyabr 18:12
17 Oktyabr 17:33
17 Oktyabr 16:10
17 Oktyabr 15:33
17 Oktyabr 14:30
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
Ən son xəbərləri səhifəmizdən də izləyin