BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Almaniyada Azərbaycan əleyhinə aksiyanı İran təşkil edib"

Almaniyada Müsəlman Birliyi Hərəkatının fəalları tərəfindən etiraz aksiyası keçirilib. Aksiyada diqqətçəkən məqam Azərbaycan dövlətinin rəmzləri ilə yanaşı İran bayraqları, fars dilində şüarların yer alığı plakatlardan istifadə edilməsidir.

 

Mövzu ilə yanaşı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Samir Vəliyevin sözlərinə görə, etiraz aksiyasında İran bayrağının nümayiş etdirilməsinin hansı məqsəd daşıması sual doğurur.

 

O qeyd edib ki, aksiyada başqa dövlətin bayrağının nümayiş etdirilməsi iştirakçıların şəxsi siyasi mövqeyi və ya müəyyən siyasi qüvvələrə həmrəylik, aksiyaya əlavə siyasi məna vermək cəhdi ilə bağlı nəinki ola bilər, məhz belədir: "Xüsusilə Azərbaycanla İran arasındakı münasibətlərin heç də hamar olmaması, bu münasibətlərin həssaslığı nəzərə alındıqda bu cür addımların hansı məqsədə xidmət etdiyini təsəvvür etmək heç də çətin deyil. Təbii ki, burada əsas məsələ bayrağın özündən çox onun hansı məqsədlə nümayiş etidirilməsi və aksiyanın arxasında nələr durduğu məsələsi daha önəmlidir. Aksiyada İran bayraqlarının eləcə də İranın dini rəhbərələrinin portretlərinin nümayiş etdirilməsi bizə deməyə əsas verir ki, həmin aksiya İran dövləti tərəfindən maliyyələşdirilib. İran dövlətinin aksiyanı təşkil etdiyi qənaətinə gəlmək mümkündür. Nəticə olaraq belə bir halın olması, yəni İran bayraqlarının, eləcə də dini rəhbərlərin portretlərinin istifadə edilməsi "İranın siyasi məqsədlərinə xidmət edən aksiyadır" deməyə əsas verir. İran tərəfindən maliyyələşən aksiyadır və burada əsas məqsəd Azərbaycanda qəsdən çaxnaşma yaratmağa atılan bir addım kimi qiymətləndirilməlidir”.

 

Şəhanə Qədirli

Tarix: 19 Oktyabr 2026, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin