BURADA REKLAMINIZ OLA
BİLƏR

Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər - FOTO

Hesablama Palatasına auditor vəzifəsinə namizədin adı açıqlanıb.

 

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

İclasda Hafiz Mahir oğlu İsmayılbəylinın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy müzakirə olunacaq.

 

H.İsmayılbəyli sonuncu dəfə bu vəzifəyə 22 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təyin edilib.

 

"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qurumun rəhbər heyəti (üzvləri) cəmi 5 auditordan ibarətdir./Oxu.Az

Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər

 

Tarix: 19 Oktyabr 2026, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin