19 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vatanabe Katsuyanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, səfirin fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramovun bu il Yaponiyaya həyata keçirdiyi səfər və səfər çərçivəsində aparılmış müzakirələr məmnunluqla xatırlanıb. İki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın beynəlxalq tədbirlərə, o cümlədən COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) uğurla ev sahibliyi etməsinin ölkənin beynəlxalq əməkdaşlığın təşviqinə, dayanıqlı inkişaf gündəliyinə və qlobal çağırışların həllinə verdiyi töhfənin göstəricisi olduğu qeyd edilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub, qarşılıqlı dəstək və çoxtərəfli platformalarda dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. İnsanlar arasında təmasların genişləndirilməsi, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə, Azərbaycanın Yaponiya vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etməsinin ikitərəfli əlaqələrin və turizm mübadiləsinin təşviqinə xidmət etdiyi bildirilib. Cüdo və sumo kimi idman növləri vasitəsilə xalqlarımız arasında qarşılıqlı marağın və mədəni əlaqələrin daha da gücləndirilməsi üçün mövcud imkanlar qeyd olunub. Qeyd edilən sahələrdə ölkəmizdə keçirilən mötəbər yarışların əhəmiyyəti vurğulanıb. Nazir Ceyhun Bayramov səfir Vatanabe Katsuyaya Azərbaycandakı diplomatik fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
20 Oktyabr 00:05
19 Oktyabr 23:53
19 Oktyabr 23:10
19 Oktyabr 21:38
19 Oktyabr 21:31
19 Oktyabr 21:29
19 Oktyabr 20:06
19 Oktyabr 19:51
19 Oktyabr 19:10
19 Oktyabr 19:04
19 Oktyabr 18:59
19 Oktyabr 18:54
19 Oktyabr 18:50
19 Oktyabr 18:46
19 Oktyabr 18:41
19 Oktyabr 18:34
19 Oktyabr 18:22
19 Oktyabr 18:16
19 Oktyabr 18:10
19 Oktyabr 18:09
19 Oktyabr 18:05
19 Oktyabr 17:55
19 Oktyabr 17:51
19 Oktyabr 17:39
19 Oktyabr 17:33
19 Oktyabr 17:23
19 Oktyabr 17:13
19 Oktyabr 17:02
19 Oktyabr 16:54
19 Oktyabr 16:49
19 Oktyabr 16:42
19 Oktyabr 16:39
19 Oktyabr 16:37
19 Oktyabr 16:28
19 Oktyabr 16:21
19 Oktyabr 16:17
19 Oktyabr 16:09
19 Oktyabr 16:04
19 Oktyabr 16:02
19 Oktyabr 15:59
19 Oktyabr 15:40
19 Oktyabr 15:39
19 Oktyabr 15:34
19 Oktyabr 15:24
19 Oktyabr 15:12
19 Oktyabr 15:07
19 Oktyabr 15:04
19 Oktyabr 14:58
19 Oktyabr 14:58
19 Oktyabr 14:48
19 Oktyabr 14:40
19 Oktyabr 14:38
19 Oktyabr 14:37
19 Oktyabr 14:31
19 Oktyabr 14:27
19 Oktyabr 14:23
19 Oktyabr 14:15
19 Oktyabr 14:13
19 Oktyabr 14:09
19 Oktyabr 13:44
19 Oktyabr 13:34
19 Oktyabr 13:32
19 Oktyabr 13:27
19 Oktyabr 13:21
19 Oktyabr 13:12
19 Oktyabr 12:59
19 Oktyabr 12:57
19 Oktyabr 12:51
19 Oktyabr 12:38
19 Oktyabr 12:35
19 Oktyabr 12:31
19 Oktyabr 12:29
19 Oktyabr 12:29
19 Oktyabr 12:25
19 Oktyabr 12:19
19 Oktyabr 12:09
19 Oktyabr 12:08
19 Oktyabr 12:05
19 Oktyabr 12:01
19 Oktyabr 11:55
19 Oktyabr 11:53
19 Oktyabr 11:48
19 Oktyabr 11:41
19 Oktyabr 11:27
19 Oktyabr 11:25
19 Oktyabr 11:22
19 Oktyabr 11:16
19 Oktyabr 11:08
19 Oktyabr 11:02
19 Oktyabr 10:58
19 Oktyabr 10:55
19 Oktyabr 10:51
19 Oktyabr 10:48
19 Oktyabr 10:47
19 Oktyabr 10:43
19 Oktyabr 10:38
19 Oktyabr 10:29
19 Oktyabr 10:25
19 Oktyabr 10:25
19 Oktyabr 10:20
19 Oktyabr 10:19
19 Oktyabr 10:15
19 Oktyabr 10:11
19 Oktyabr 10:08
19 Oktyabr 10:05
19 Oktyabr 10:04
19 Oktyabr 09:44
19 Oktyabr 09:44
19 Oktyabr 09:43
19 Oktyabr 09:42
19 Oktyabr 09:37
19 Oktyabr 09:37
19 Oktyabr 09:33
19 Oktyabr 09:02
19 Oktyabr 06:46
19 Oktyabr 06:44
19 Oktyabr 00:44
19 Oktyabr 00:42
18 Oktyabr 22:58
18 Oktyabr 21:48
18 Oktyabr 19:19
18 Oktyabr 17:40
18 Oktyabr 17:36
18 Oktyabr 17:21
18 Oktyabr 17:19
18 Oktyabr 16:37
18 Oktyabr 16:04
18 Oktyabr 15:22
18 Oktyabr 15:20
18 Oktyabr 14:11
18 Oktyabr 13:54
18 Oktyabr 13:28
18 Oktyabr 13:10
18 Oktyabr 12:31
18 Oktyabr 12:14
18 Oktyabr 11:39
18 Oktyabr 11:12
18 Oktyabr 10:59
18 Oktyabr 09:42
18 Oktyabr 09:40
18 Oktyabr 09:38
18 Oktyabr 09:34
18 Oktyabr 09:33
17 Oktyabr 23:50
17 Oktyabr 23:43
17 Oktyabr 23:38
17 Oktyabr 23:20
17 Oktyabr 21:50
17 Oktyabr 20:55
17 Oktyabr 20:04
Ən son xəbərləri səhifəmizdən də izləyin