BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya ilə bağli yenilik: sabit ayliq əlavə kimlərə şamil olunacaq? - VİDEO

Bəzi pensiya alan vətəndaşların pensiyalarına sabit aylıq əlavələrin hesablanması nəzərdə tutulur. Başqa sözlə, pensiya kapitalına əsasən hesablanan məbləğin üzərinə ayrıca aylıq ödəniş əlavə olunacaq.

 

Pravda.az-ın məlumatına görə, Milli Məclisin qəbul etdiyi dəyişikliklər xüsusi şərtlərlə pensiya hüququ olan bir sıra şəxsləri əhatə edir.

 

Yeni mexanizm həmin şəxslərin pensiya hesablanmasında əməkhaqqına bağlılığı aradan qaldırmağı nəzərdə tutur.

 

Millət vəkili Vüqar Bayramov bildirir ki, dəyişikliklər Prezident tərəfindən imzalandıqdan sonra tətbiq olunacaq.

 

Məsələn, vətəndaşın fərdi hesabında pensiyanın sığorta hissəsinin hesablanması üçün 85 min manat kapital qeydə alınıbsa, bu vəsait 144 aya bölünür. Nəticə təxminən 590 manat edir. Yeni aylıq əlavəyə hüququ olan şəxsin yekun ödənişi isə bu məbləğlə sabit əlavənin cəmi edəcək.

 

Onu da qeyd edək ki, bu mexanizm bütün pensiyaçılara eyni məbləğdə əlavə ödənilməsi demək deyil. Sabit əlavənin neçə manat olacağı isə hələ məlum deyil. Qəbul edilən layihədə konkret məbləğ göstərilmir. Onun səlahiyyətli qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Qanunun tətbiqi ilə bağlı sənəddə həmin qurumun müəyyənləşdirilməsi gözlənilir.

 

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Tarix: 19 Oktyabr 2026, 23:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin