BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi iğtişaşların səbəbinin ölkənin immiqrasiya siyasəti olduğunu bildirib.

 

Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

 

"Fransada baş verənlər immiqrasiya ilə bağlıdır. Nə məktəblərlə, nə də başqa bir məsələ ilə. Söhbət immiqrasiyadan gedir", – deyə Tramp vurğulayıb.

 

ABŞ Prezidenti həmçinin daha əvvəl Fransa Prezidenti Emmanuel Makrona ölkənin sərhədlərini bağlamağı tövsiyə etdiyini bildirib.

 

"Mən Prezident Makrona demişdim: "Sərhədlərinizi bağlayın". Bunu ona hələ ilk görüşümüz zamanı söyləmişdim", – deyə o qeyd edib.

 

Report

Tarix: 20 Oktyabr 2026, 06:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin