BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı reper dostlarının təqsirini üzərinə götürdü

Qazaxıstanda narkotik maddələrin qaçaqmalçılığına cəhd etməkdə şübhəli bilinərək həbs edilən Azərbaycan əsilli rusiyalı reper Navai (Nəvai Bəkirov) işin müsbət nəticələnəcəyinə ümid edir. Onun vəkili Rəna Kərimova bildirib ki, sənətçinin yaxın vaxtlarda azadlığa çıxmaq perspektivi var.

 

Bu barədə “Ren TV” məlumat yayıb

 

Vəkilin sözlərinə görə, o, oktyabrın 19-da musiqiçinin yanına baş çəkib. Reperin vəziyyəti sabitdir, əhvalı yaxşıdır, təcridxanada kitab oxuyur və şeirlər yazır.

 

Kərimova onun saxlanılmasının təfərrüatlarına da münasibət bildirib. Vəkilin sözlərinə görə, avtomobildə başqa şəxslər də olub, lakin Navai günahı öz üzərinə götürmək qərarına gəlib.

 

“Günahı başqası da öz üzərinə götürə bilərdi, amma Navai belə etməyin daha yaxşı olduğunu düşünüb. Mənim subyektiv fikrim budur ki, onun günahsız olduğunu düşünürəm. Lakin günahını etiraf edib-etməmək Navainin öz səlahiyyətində olan məsələdir”, – deyə vəkil bildirib.

 

O əlavə edib ki, reper istintaq zamanı vəziyyətini çətinləşdirməmək üçün müdafiəsinin təfərrüatlarını ictimaiyyətə açıqlamaq niyyətində deyil.

 

Xatırladaq ki, Navai oktyabrın 13-dən 14-nə keçən gecə Qazaxıstanda yerləşən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Avtomobilə baxış zamanı polis əməkdaşları narkotik maddə aşkar ediblər. Sənətçi narkotik maddələrin qaçaqmalçılığına cəhddə şübhəli bilinir./Trend

Tarix: 20 Oktyabr 2026, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin