BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”

Naxçıvan duzu ilə bağlı sosial şəbəkələrdə xoşagəlməz görüntülər yayılıb. Belə ki, görüntülərdə iddia edilir ki, duz suya qatılan zaman palçıq halını alır və insan sağlamlığı üçün təhlükəlidir.

 

Yayılan görüntülərlə bağlı Pravda.az-a açıqlama “Naxçıvan Duz İstehsalı” MMC-nin dirketoru Anar Əsədullayevin sözlərinə görə, yayılan görüntülər real deyil, əsassızdır.

 

A. Əsədullayev bildirib ki, həmin videoda suya qatılan duz deyil: “Gülünc videodur. Duzun rəngi ilə heç bir uyğunluğu yoxdur. Təbii duz mədəni 1927-ci ildən bu günə qədər fəaliyyət göstərir. Deyildiyi kimi olsaydı, Naxçıvan vətəndaşlarının böyrəkləri fəaliyyətini dayandırardı. Qaya duzunun rəngi qara olur, tərkibində gil də olur və insan sağlamlığı üçün ən faydalı duz hesab edilir. Dünyada yeganə qaya duzudur ki, insan bədənindən hamısı xaric olunur. Digər duzlar isə qaya duzu kimi vücuddan xaric olmur. Kimlərsə antireklam edir, özündən Amerika kəşf edir. Özünü bəlkə də tanıtmaq istəyir. Düzgün fikir olmadığı üçün biz onlara reaksiya vermirik. Naxçıvan duzunu kisədən götürüb suya qatsın, sement kimi qarışdırıb görüntüləri yenidən çəksin, biz ona reaksiya verək. Gəlsin bizim gözümüzün qabağında etsin. Müəssisədən duzu kisədən götürüb yenidən etsin, biz də baxaq. Boş iddialardır, rəngindən görünür. Bizə xoşdur ki, Naxçıvan duzu ilə tanınsın o adam. Amma həmin görüntülər əsassızdır, heç bir həqiqəti əks etdirmir”.

 

Şəhanə Qədirli

Tarix: 20 Oktyabr 2026, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin