BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Mirzəzadə: “Azərbaycan və Türkiyə arasında viza rejimi bərpa olunmayacaq”

Son zamanlar Azərbaycan və Türkiyə arasında yaranan gərginlik fonunda iki dövlət arasında viza rejiminin bərpa olunacağına dair iddialar yayılıb.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib ki, iddialar əsassızdır.

 

Deputat vurğulayıb ki, qardaş ölkələr arasında viza ola bilməz: “Azərbaycan ilə Türkiyə qardaş, dostdurlar, bir millət iki dövlətdirlər. Bizim münasibətlərimiz dünyada iki dövlət arasında mümkün olan münasibətlərin ən yüksəyidir. Bundan sonra da dost, qardaş münasibətlərinin həmişə yüksək olması, daima möhkəmlənməsi, dərinləşməsi üçün hər iki tərəf həmişə səy göstərəcək”.

 

Şəhanə Qədirli

Tarix: 20 Oktyabr 2026, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin