BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Fransadakı polis zorakılığı Azərbaycanda olsa idi, beynəlxalq təşkilatlar ictimai fikri çaşdırmaqla məşğul olacaqdılar...”

“Fransanın paytaxtında və digər şəhərlərində ictimai etirazlar pik həddə çatıb. Daha çox müharibə dövrünün barrikadalarını xatırladır. Hadisələr sentyabrın 21-də məktəblilərin etirazları ilə başladı. Onlar müəllim çatışmazlığı, siniflərin sıxlığı, maddi-texniki bazanın zəifliyi və digər səbəblərdən qaynaqlanaraq küçələrdə etirazlarını ifadə etməyə başladılar. Sonradan bu prosesə cəmiyyətin digər təbəqələri də qoşuldu. Fransanın iqtisadi durumunun ağırlığı, əhalinin sosial rifahının aşağı düşməsi və digər səbəblər ucbatından Fransada artıq gərginlik son nöqtəyə çatdı. Dağıntılar oldu, obyektlər yandırıldı... Polis şiddət nümayiş etdirdi, qeyri-adekvat davranış ortaya qoydu. Sonda on beş yaşlı fransalı məktəbli əlini itirdi, 14 yaşlı məktəblinin çənəsi sınıb. Hadisələrin maraq doğuran tərəfi budur ki, analoji vəziyyət bir çox ölkələrdə, o cümlədən Azərbaycanda olsa idi, artıq beynəlxalq insan hüquqları təşkilatlarının, BMT-nin, Avropa Şurası Parlament Assambleyasının və Avropanın digər qurumlarının Azərbaycana qarşı sərt reaksiyalarına şahidlik edəcəkdik. Azərbaycana qarşı kampaniyaya başlayacaq, insan hüquqlarının tapdalanması ilə bağlı hesabatlar hazırlayıb onlari tirajlayacaq, beynəlxalq ictimai fikri çaşdırmaqla məşğul olacaqdılar. İndi isə nə görürük? Fransada polis zorakılığı ilə bağlı heç bir tədbir görülmür. Beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirirlər. Halbuki oxşar vəziyyətlər üçün yaxşı mexanizmlər mövcuddur. Bəs niyə Fransaya münasibətdə bunlar tətbiq edilmir? Bu ikili standartlar nədən qaynaqlanır?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və onun xüsusi Məruzəçilər İnstitutu var, məlumatları araşdıra, hökumətə müraciət və tövsiyələr ünvanlaya bilərlər: “Avropa Şurası İnsan Hüquqları üzrə Komissarlığı bu problemi qaldıra, hesabat və tövsiyələr hazırlaya, Avropa İnsan Hüquqları Məhkəməsi Avropa insan haqları konvensiyası ilə qorunan hüquqları barədə şikayətləri araşdıra, hüquqi qərar çıxara bilər. Fransa məhkəmələri və müstəqil nəzarət qurumları konkret polis əməkdaşlarının hərəkətlərini araşdıra və qanunla nəzərdə tutulan tədbirləri görə bilərlər. Amma bunların heç biri baş vermir. Bir sözlə, mexanizmlər var, amma Fransaya münasibətdə selektiv yanaşma mövcuddur. Sanki beynəlxalq qurumlar, insan hüquqları təşkilatları müşahidəçi statusunda problemi izləyirlər. Beynəlxalq insan haqları təşkilatları isə ümumiyyətlə susublar. Əslində, onların səsi çıxmalıdır. Mövqe bildirməlidirlər. Ən əsası, təkcə mövqe bildirməklə kifayətlənməməli, bəyanatlar qəbul etməklə işlərini yekunlaşdırmamalıdırlar. Nəticəyə söykənən addımlar atmalıdırlar. Müstəqil ekspertiza keçirməli, həm də bu istiqamətdə müvafiq qərarların qəbuluna nail olmalıdırlar. Təəssüf ki, bunu görmürük. Bunun adı ikili standartlardır”.

 

Aytəkin Qardaşova

Tarix: 20 Oktyabr 2026, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin