BURADA REKLAMINIZ OLA
BİLƏR

Şimali Koreya liderinin sərgidən görüntüləri yayıldı - FOTO

Şimali Koreya lideri Kim Çen İn oktyabrın 19-da paytaxt Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisini ziyarət edib.

 

Şimali Koreya rəhbərinin vəfatı ilə bağlı sosial şəbəkələrdə gəzən şayiələrin fonunda, Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) sözügedən tədbirdən fotolar yayımlayıb.

 

Təqdim olunan fotolarda Kim Çen İnin uşaq ayaqqabılarına və qadın paltolarına baxdığı, həmçinin yanındakı rəsmilərlə danışarkən aktiv jestlərdən istifadə etdiyi görünür./Konkret

Tarix: 20 Oktyabr 2026, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin