BURADA REKLAMINIZ OLA
BİLƏR

AQTA: “Çıraq Palace”da süni kürü təqdim edilir, ətlər müvafiq temperatur rejimində saxlanılmır - VİDEO

Mediada “Çıraq Palace” şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib.

 

Agentlikdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 20A ünvanında yerləşən, fiziki şəxs Yusifov Həsən Fuad oğluna məxsus qida obyektində aparılıb.

 

Yoxlama zamanı, ümumilikdə şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzərindən istehlakçılara təqdim edilən ət məhsullarının çeşidinə, mərasim iştirakçılarının sayına münasibətdə yoxlamaya təqdim edilən müvafiq müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi, istehlaka verilən ətlərin miqdarının baytarlıq sənədlərində göstərilən miqdardan dəfələrlə çox olduğu və bununla da məhsullarla bağlı izlənmə sisteminin təmin olunmadığı müəyyən edilib. Həmçinin, ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müşahidə edilib. Eyni zamanda, istehlakçıların aldadılması ilə nəticələnən hallar aşkarlanıb.  Belə ki, qonaqlara təbii “qırmızı kürü” adı altında süni kürü təqdim edilib. Bu hal istehlakçıların təqdim edilən məhsulların xüsusiyyətləri və tərkibi barədə düzgün və dolğun məlumat almaq hüququnun pozulması, istehlakçıların aldadılması kimi qiymətləndirilir.

 

Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, nöqsanları aradan qaldırılana kimi dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 20 Oktyabr 2026, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin