BURADA REKLAMINIZ OLA
BİLƏR

Yüksək vəzifəyə təyinat alan İbayev Misir Mərdanovun kürəkəni imiş - FOTO

Xəbər verdiyimiz kimi, Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

 

Yeni təyinat alan prokuror məşhur ailənin övladıdır.

 

Belə ki, Pərviz İbayev  uzun müddət məhkəmə-hüquq sistemində çalışmış mərhum Mansur İbayevin oğludur.

 

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

 

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

 

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

 

O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib. 2024-cü ildə vəfat edib.

 

Məlumata görə, Pərviz İbayev keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir./oxu24.com

 

 

 

Tarix: 20 Oktyabr 2026, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin