BURADA REKLAMINIZ OLA
BİLƏR

Məkkə Müdafiə Sazişi Türkiyə parlamentinə təqdim edilib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan liderləri tərəfindən 7 avqustda Məkkədə imzalanmış Birgə Müdafiə Sazişini təsdiq edən qanun layihəsinin mətni ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunub.

 

Sənəd parlamentin Xarici əlaqələr komitəsi tərəfindən nəzərdən keçiriləcək və daha sonra TBMM-nin plenar iclasının gündəliyinə daxil ediləcək.

 

Sənəddə regional sabitliyə və təhlükəsizliyə töhfə vermək üçün birgə fəaliyyətlər nəzərdə tutulur.

 

Türkiyə Milli Müdafiə Nazirliyi bu yaxınlarda Məkkə Müdafiə Sazişinin maddələrinin həyata keçirilməsi üçün addımların ölkə Konstitusiyasının tələblərinə ciddi şəkildə uyğun olaraq atılacağını bildirmişdi. Buraya hərbi kontingentlərin xaricə göndərilməsi məsələsi də daxildir./Azərtac

Tarix: 20 Oktyabr 2026, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin