BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Azərbaycanla BMT arasında Anlaşma Memorandumunu təsdiqlədi

“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” təsdiq edilib.

 

Pravda.az xəbər verir ki, Memorandum Prezident İlham Əliyevin imzaladığı Qanunla təsdiqlənib.

 

Qeyd edək ki, Memorandum 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanıb.

 

Tarix: 20 Oktyabr 2026, 16:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin