BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU

Rusiyaya girişinə qoyulan qadağaya baxmayaraq, ölkəyə daxil olan Azərbaycan vətəndaşı barəsində Ramon Rayon Məhkəməsi hökm çıxarıb.

 

Bu barədə oktyabrın 16-da məhkəmənin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan vətəndaşı sərhədi keçmək üçün ölkəsində şəxsi məlumatları dəyişdirilmiş yeni pasport alıb.

 

Azərbaycanda olarkən yeni məlumatlarla sənəd əldə edən şəxs bunun Rusiyaya girişinə qoyulan qadağanı aradan qaldırmadığını bilib. Buna baxmayaraq, o, “Voronej-aeroport” sərhəd-buraxılış məntəqəsindən keçərək Rusiyaya daxil olub.

 

Onun əməli Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) ilə tövsif edilib. Həmin maddə üzrə maksimum cəza dörd ilədək azadlıqdan məhrumetmədir.

 

Məhkəmə Azərbaycan vətəndaşını təqsirli bilərək ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə yeddi ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

 

Hökm qanuni qüvvəyə minənədək məhkum həbsdə saxlanılacaq./Lent.az

Tarix: 20 Oktyabr 2026, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin