BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rauf - 40 dərəcə" illər sonra efirə qayıtdı - VİDEO

Bir müddətdir sənət fəaliyyəti ilə gündəmə gəlməyən müğənni Rauf Əhmədov yenidən televiziya proqramında görünüb.

 

İfaçı AzTV-də yayımlanan "Birinci Şou" verilişinə qatılaraq son fəaliyyətindən söz açıb. O, hazırda Almaniya ilə bağlı yeni layihələr üzərində işlədiyini açıqlayıb.

 

Rauf Əhmədovun uzun müddət efirlərdə görünməməsinin səbəbi isə məlum deyil.

 

Söhbət zamanı müğənnidən Xalq artisti Aygün Kazımova ilə yenidən duet ifa etmək ehtimalı da soruşulub. Əhmədov hazırda belə bir planının olmadığını desə də, gələcəkdə bu əməkdaşlığın mümkünlüyünü istisna etməyib.

 

Xatırladaq ki, sənətçinin uzun müddət ictimaiyyət qarşısına çıxmaması onun musiqidən uzaqlaşdığı barədə iddialara yol açmışdı./milli.az

 

Tarix: 20 Oktyabr 2026, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin